Odlar Yurdu Universitetindən 500 min manat oğurlayan dəstənin bir üzvü tutulub
- 25.01.2016, 11:07,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda universitetdən içərisi pulla dolu seyfi oğurlayan dəstənin bir üzvü tutulub.
Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində bir neçə gün əvvəl Odlar Yurdu Universitetindən içərisində 500 min manat olan seyfi oğurlayan 4 nəfərdən ibarət dəstənin üzvlərindən biri - 25 yaşlı Sübhan Ələkbərov saxlanılıb. Hazırda polis dəstənin digər 3 üzvünün tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.
Qeyd edək ki, məlum hadisə yanvarın 9-da qeydə alınıb. Odlar Yurdu Universitetindən içərisində 500 min manat olan seyf naməlum şəraitdə oğurlanıb.