Bakıda Taxıl Kombinatının direktorunun qətlində şübhəli bilinən 3 nəfər tutulub
- 26.01.2016, 12:02,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda Taxıl Kombinatının direktorunun qətlinin üstü açılıb.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb. Saxlanılanlardan biri qətlə yetirilən kombinat direktorunun tanışı Mahurə Heydərəli qızı Hüseynovadır. Həmin qadın Ehtiram Hətəm oğlu Həsənov və Mübariz Soltanağa oğlu Əliyevlə əlbir olaraq məlum qətli həyata keçiriblər.
Qeyd edək ki, hadisə yanvarın 8-də paytaxtın Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırov yaşadığı evdə qətlə yetirilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Qətlə yetirilən Q. Bağırov Taxıl Kombinatının direktoru olub.