Samir Şərifov: "2016-cı ilin dövlət büdcəsinə düzəlişlər edilib, layihəyə son baxış keçirilir"
- 26.01.2016, 15:21,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncama uyğun olaraq əmək haqlarının, sosial müavinətlərin, pensiyaların artırılması ilə bağlı əlavə xərclər üçün maliyyə təminatını yaratmalıyıq”.
APA-nin məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, bu məqsədlə dövlət büdcəsinə yenidən baxılacaq: "Müvafiq düzəlişlər edilib, layihə artıq hazırdır, sənədə son baxış keçirilir".