Azərbaycan Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan 4 mlrd. dollar cəlb edir

Azərbaycan Dünya Bankı və Beynəlxalq Valyuta FonduAzərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparır.

APA xəbər verir ki, bu barədə BVF-nin nümayəndəsi “Financial Times” qəzetinə bildirib.

Onun sözlərinə görə, bu məsələnin müzakirə üçün BVF və DB nümayəndələri 28 fevral - 4 yanvar ərzində Bakıya rəsmi səfər edərək hökumət rəsmiləri ilə görüşlər keçirəcək.

“Bu yardım paketi neftin ucuzlaşmasından irəli gələn problemlərlə mübarizə aparan Azərbaycana ayıracağımız ilk kreditdir”, - deyə o bildirib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri