“Keçmiş həyat yoldaşım çətin günlərimizdə...” - Afaq Gəncəli

Teleaparıcı Afaq Gəncəli bir müddət əvvəl xərçəngdən dünyasını dəyişən oğlu Qədirxandan bəhs edib.

“Qafqazinfo” atv saytına istinadən xəbər verir ki, o, oğlunun adını qoluna döymə etdirdiyini deyib:

“Oğlumun ən böyük arzusu tanınmış sima olmaq idi. Klipdə çəkilmişdi. Sosial şəbəkələrdə mənə çox sual verirlər ki, efirə çıxıram. Bu sözlər mənə pis təsir edir, gizlin ağladığım anlar da olur. Amma oğlum mənimlə fəxr edirdi. Allah hər kəsə bir tale yazıb. İstəmirəm insanlar mənim yanımda danışıb-gülməkdən utansınlar. Mənim acımdır, bunu özüm çəkirəm. Oğlumun taxdığı əşyaları üstümdə gəzdirirəm. O, mənim ürəyimdədir. Onun adını qoluma döydürəndən sonra isə rahatlanmışam. Elə bilirəm ki, həmişə yanımdadır, biz bərabərik”.

Aparıcı Afaq Gəncəli haqqında çıxan dedi-qodulardan şikayətlənərək, bildirib:

“Bu yaxınlarda eşitdim ki, guya mən tanınmış bir müğənni ilə sevgi yaşayıram. Mən o insanla dostam, anasını, həyat yoldaşını tanıyıram. Mən çörək kəsdiyim insana xəyanət edən deyiləm. O qədər dedi-qodularım olur ki... Şayiələr insana psixoloji təsir edir. Efirdən uzaq olan insanlar xoşbəxtdir”.

Aparıcı ayrıldığı həyat yoldaşından danışıb:

“Bircə dəfə ailə qurmuşam. Həyat yoldaşımdan ayrılmışam. Biz dost olaraq qalmışıq, gözəl münasibətimiz var. Hər bir ata kimi o da oğlunun çətin anlarında bizim yanımızda oldu”.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri