Türkiyə prezidenti spirtli içkilərin satışını məhdudlaşdıran qanunu təsdiq edib

Türkiyə prezidenti Abdulla Gül iyunun 10-da ölkədə spirtli içkilərin satışını və reklamını tənzimləyəcək alkoqol haqqında qanunu təsdiq edib.



APA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, qanun rəsmi dövlət nəşri olan “Resmi Gazete”də nəşr edildikdən sonra qüvvəyə minəcək.


Qanun qüvvəyə mindikdən sonra ölkə ərazisində spirtli içkilərin satışı 22.00-dan 06.00-dək qadağan ediləcək. Bundan başqa, xüsusi tədbirlər və sərgilər istisna olmaqla spirtli içkilərin reklamına tam qadağa tətbiq ediləcək.
Şərhlər
Dünya bölməsinin xəbərləri