Avtobusun şüşələrini sındıranlar tapıldı, dəymiş ziyan ödənildi
- 29.01.2016, 13:11,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avtobusun şüşələrini sındıran şəxslər müəyyən olunub.
Bakı şəhəri Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, yanvarın 23-də saat 18.00 radələrində Nəsimi rayonu ərazisində - Azadlıq prospektində "Baku Bus" MMC-yə məxsus "İveco" markalı avtobusun şüşəsi sındırılıb. Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərin paytaxtdakı 132 saylı orta məktəbinin 2 şagirdi olması müəyyən edilmiş və vurulmuş ziyanın azyşalıların valideynləri tərəfindən ödətdirilməsi təmin olunub. Həmçinin övladlarına lazımi nəzarət etmədiklərinə görə onların haqqında müvafiq tədbir görülüb.