Müğənni İradə İbrahimova doğum videosu ilə bağlı açıqlama verib.
LiVe.Az-ın “Qafqazinfo”-ya istinadən verdiyi məlumatına görə, sənətçi həmin videonu ilk dəfə izlədiyini bildirib.
İradə qeyd edir ki, fotoqrafın ona təqdim ediyi videoda bu görüntülər olmayıb.
“Əlinin doğumu ilə bağlı mediada video paylaşılıb. Həmin videonu ilk dəfə izlədim. Ailə fotomuzu və videomuzu çəkən xanım səhifəsində başqaları kimi bizim də xoş günümüzü paylaşıb. Onun mənə təqdim etdiyi videoda bu görüntülər olmayıb. Yeni gördüm və gün ərzində çoxlu insanlar videonu izləyib kövrəldiyini, duyğulandığını yazdı. Amma ənənəsinə sadiq olan bəziləri “tərifindən” qalmadı.
Bu cür görüntülər onu birmənalı qarşılayan insanlan üçün hazırlanır. Təki Allah övlad arzusunda olan hər bir kəsə bu sevinc hissini daddırsın. Onu tənqid hədəfi etməkdənsə, sevincdən özünə pay götürsələr, həyatları daha gözəl olar. İllərdir ahımı, günahımı alan "insanlara" üzülürəm. Gün gələcək tək-tək cavab verəcəksiniz. Mən buna cani-könüldən inanıram...” – deyə müğənni bildirib.
Qeyd edək ki, ötən gün müğənnin doğum videosu sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.
Xatırladaq ki, İradə İbrahimovanın Ceyhun İzərlə evliliyindən İpək adlı bir qızı və Əli adılı bir oğlu var.