“Donuz qripi” təhlükəsi ilə əlaqədar 323 məktəb, 240 uşaq bağçası dezinfeksiya olunub
- 29.01.2016, 15:10,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“İndiyə kimi “donuz qripi” təhlükəsinə qarşı 323 məktəb və 240 uşaq bağçasında dezinfeksiya işləri aparılıb”.
Bunu APA-ya açıqlamasında Bakı Şəhər Dezinfeksiya Stansiyasının baş həkimi Akif Məmmədov deyib.
O bildirib ki, dezinfeksiya işləri Bakı, Gəncə, Mingəçevir, Sumqayıt və Abşerondakı məktəb və bağçalarda aparılıb.
Baş həkim qeyd edib ki, məktəb və bağçalarda dezinfeksiya işləri bu həftənin sonunda başa çatdırılacaq.