"S&P" Azərbaycanın reytinqini dəyişib
- 30.01.2016, 09:39,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Standard & Poor`s" ("S&P") beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqini "BBB-" səviyyəsindən "BB+" səviyyəsinə endirib.
Bu barədə agentliyin açıqladığı hesabatda bildirilir.
Reytinqin dəyişilməsi ilə bağlı proqnoz "stabil"dir.
Yerli və xarici valyutada ölkəmizin qısamüddətli reytinqi "A-3" səviyyəsindən "B" səviyyəsinə endirilib.
Hesabatda bildirilir ki, buna səbəb neftin ucuzlaşmasıdır.
"Bununla da, agentlik tərəfindən Azərbaycana reytinq verilən müddət ərzində ilk dəfədir ki, reytinq aşağı salınır", - deyə analitiklər xatırladır.
Xatırladaq ki, ötən gün maliyyə naziri Samir Şərifov qeyd edib ki, "S&P" tərəfindən ölkəmizə verilən reytinqin aşağı salınması gözləniləndir.
APA