“BP Turkey” şirkətinin vitse-prezidenti: “BTC kəməri Türkiyə üçün əsas gəlir mənbəyidir”
- 11.06.2013, 13:51,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Bakı-Tiflis-Ceyhan neft kəməri Türkiyə üçün əsas gəlir mənbəyidir”. APA-nin “Nefteqaz” saytına istinadən verdiyi məlumata görə, bu barədə “BP Turkey” şirkətinin vitse-prezidenti Hakan Türkər deyib.
Onun sözlərinə görə, BTC Türkiyə üçün çox vacib bir layihədir: “Hər gün BTC vasitəsilə dünyada hasil olunan neftin 1%-i həcmində neft nəql olunur. Üstəlik, bu kəmər Türkiyənin 330 yaşayış məntəqəsindən keçir”.
Qeyd edək ki, ümumi uzunluğu 1768 km olan BTC kəmərinin tikintisinə 2003-cü ildə başlanılıb. Bu günə kimi kəmər vasitəsilə 1,7 mlrd. barel neft nəql olunub.