UEFA-dan "Barsa"ya şok basqın

UEFA rəsmiləri qəflətən "Barselona"nın məşqinə təşrif buyurublar.

ANS-in məlumatına görə, qəfil gəlişin səbəbi Kataloniya təmsilçisinin futbolçularını dopinq testdən keçirmək olub.

Türkiyəli Arda Turanın komanda yoldaşlarından on nəfəri dopinq testdən keçirilib. UEFA rəsmiləri Andre Ştengen, Xerard Pike, Serxio Buskets, Andres İnyesta, Barta, Xordi Alba, Sergi Roberto, Mathiu, Luis Suares və Neymarı dopinq testdən keçirib.

Futbolçulardan qan və sidik analizləri götürülüb. UEFA rəsmilərinin məşqə xəbərsiz gəlmələri ilə bağlı məlumatı klub yayıb.
Şərhlər
İdman bölməsinin xəbərləri