Quba Soyqırımı Memorial Xatirə Kompleksinin adı dəyişdirilə bilər
- 11.06.2013, 16:11,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Quba Soyqırımı Memorial Xatirə Kompleksində aparılan təmir-tikinti işləri iyulun sonlarında başa çatacaq.
Bu barədə APA-ya açıqlamasında məlumat verən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Quba Memorial Xatirə Kompleksində həyata keçirilən tikinti işlərinin nəzarətçi-tədqiqatçısı Qəhrəman Ağayev deyib ki, hazırda kompleksdə aparılan işlər qurtarmaq üzrədir və həyətyanı sahədə abadlıq işləri aparılır.
Onun sözlərinə görə, iyulun sonlarına kimi kompleksdə görülən işlər başa çatacaq. Q.Ağayev qeyd edib ki, yeni yaradılan kompleksin adının dəyişdiriləcəyi istisna olunmur: “Çünki kompleksdə təkcə Qubadakı hadisələr əks olunmayacaq. Azərbaycanda, eyni zamanda türk dünyasında ermənilərin törətdiyi cinayətlərin təcəssümü bu kompleksdə tapacaq. Quba, Şamaxı, Bakı, Şəki, Neftçala, Naxçıvan Bakı və digər rayonlarda olan hadisələrin hamısı burada öz əks olunacaq. Ermənilərin bütün regionlarda törətdiyi hadisələr bu kompleksdə cəmləşdiyinə görə ola bilsin ki, Quba bu kompleksin adından çıxarılsın və sadəcə, Soyqırımı Memorial Xatirə Kompleksi adlandırılsın”.
Q.Ağayev qeyd edib ki, kompleksdə tikinti-təmir işləri tam başa çatdırıldıqdan sonra ermənilərin azərbaycanlılara qarşı 1918-ci ildə həyata keçirdiyi soyqırımının şahidi olan Quba məzarlığında müəyyən işlərin görülməsinə başlanacaq.