Hindistanda “Zika” virusuna qarşı vaksin hazırlanıb

Hindistanın “Bharat Biotech International Limited” şirkəti “Zika” virusuna qarşı iki növ vaksin hazırlayıb.



APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, patentləşdirilmiş vaksinin ilk olaraq heyvanlar üzərində sınaqdan keçiriləcəyi bildirilir.



Şirkət vaksin üzərində işlərin davam etdirilməsi üçün hökumətdən yardım istəyib. Qeyd olunur ki, “Bharat Biotech” dörd ay ərzində 1 milyon doza miqdarında peyvənd preparatları hazırlaya bilər.



Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Amerika qitəsində yayılmış "Zika" virusunu qlobal təhlükə elan edib. Hazırda dünyanın 20-dən çox ölkəsində bu virusun qeydə alındığı bildirilir.
Şərhlər
Dünya bölməsinin xəbərləri