Ərdoğan: Etiraz aksiyaları Türkiyənin iqtisadiyyatı və siyasətinə qarşı yönəldilib
- 11.06.2013, 16:18,
- Dünya / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyədə etiraz aksiyaları ölkənin iqtisadiyyatı və siyasətinə qarşı yönəldilib. Trend-in çərşənbə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, etiraz aksiyaları zamanı 4 nəfər ölüb, onlardan biri polisdir.
Baş nazir əlavə edib ki, nümayişçilər etiraz aksiyalarının ölkənin iqtisadiyyatına və turizm sahəsinə necə ziyan vurduğunu anlamırlar.
Ərdoğanın sözlərinə görə, etiraz aksiyaları səbəbindən ölkədə hotel rezervasiyalarının təqribən 80 faizi ləğv edilib.
O deyib ki, hökumət radikal qrupların ölkə iqtisadiyyatına zərər yetirdiyi bir vaxtda fəaliyyətsiz qalmamalıdır.
Ərdoğan, həmçinin etiraz aksiyalarının dayandırılmasına çağırıb.