Faiq Ağayev: "Şou-biznesi Azərbaycanda mənimlə Aygün Kazımova yaradıb"
- 07.02.2016, 12:57,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Sinəmə döyməyə haqqım var. Mənim ifa etdiyim Azərbaycan mahnısı məktəblərdə tənəffüsdə zəng kimi səsləndirilir.
Bunu xalq artisti Faiq Ağayev "V element" verilişində deyib.
"Şou-biznesi Azərbaycanda mənimlə Aygün Kazımova yaradıb. Şou-biznesin qanunları var: yaxşı mahnı, yaxşı klip və qalmaqal. Qalmaqalı isə sənətin üzərində qurmalıydın. Çörək yapan təndirdən pul qazanan kimi, biz də mahnı yapıb pul qazanırdıq. Bir aşpaz toyda 300-500 nəfəri zəhərləyib öldürə bilər. Bir sürücü 8 nəfəri öldürə bilər. Bir müğənni bir nəsilin mənəviyyatını biçir. 27 ildir ki, estrada müğənnisiyəm. İldə 3-4 estrada sektoru üçün yaxşı mahnılar təhvil verirəm. Əsl sənətkar kütlənin zövqünün arxasınca getmir, kütlənin zövqünü formalaşdırır. Məni ağlıma görə sevirlər. Ağlım silahımdir. Ağılsız olsaydım, buldozerlə üstümdən o tərəf bu tərəfə keçərdirlər".
Müğənni bildirib ki, keyfiyyətsiz mahnıların sayı bugün çoxdur. Ona görə də bu məsələdə daha cəllad olmaq lazımdır.
O, bu cür mahnılların rəğbət qazanmasının səbəblərindən danışıb:
"Azərbaycanı bölmək istəmirəm. Sadəcə demək istədiyim odur ki, mahnı müəllifləri özlərinə təxəllüs seçir: Filankəs Kürdəxanlı, filankəs Gəncəli, filankəs Lənkəranlı və s. misal üçün deyirəm. O sözə rəğbət qazanan yerlilər var. Nə oxuduğunun fərqin də olmasalar da,tərəfdar çıxırlar. Yerlibazlıq bizə mane olur. O mahnıya qulaq asan insan sabah uşağını da həmin musiqiyə qulaq asmağa öyrəşdirəcək. Bakının hansısa dairəsində 77 taksinin içində həmin mahnını səsləndirirlər. Boşluq var ki, doldura bilirlər də. Keyfiyyətli mahnılar olsaydı, heç kim gedib "Mənə "vızıv" at" mahnısına qulaq asmazdı".