Bakıda intihar məqsədilə özünü dənizə atan şəxs xilas edilib

Bakıda intihara cəhd edən şəxs xilas edilib.



APA-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər özünü intihar məqsədi ilə dənizə atıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin şəxsi xilas etmiş və aidiyyəti üzrə təhvil veriblər.



Əməliyyat saat 14:30-da başa çatıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri