Nazir Bakı Olimpiya Stadionunda toy mərasimlərinin keçirilməsinə münasibət bildirib
- 08.02.2016, 12:53,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Bakı Olimpiya Stadionunda mərasimlərin təşkili ilə bağlı qərar stadionun pul qazanması üçün bir imkandır və xərclərini ödəmək baxımından mühümdür".
APA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir dünya təcrübəsində də belə halların olduğunu deyərək, təkcə Olimpiya Stadionunda deyil, Bakı Atıcılıq Mərkəzində də mərasimlərin təşkili üçün gözəl şərait olduğunu vurğulayıb: "Burda ad günləri, mərasimlər keçirmək üçün istənilən şərait var. Şəxsən mən İspaniyanın Madrid şəhərindəki stadionda olanda belə tədbirlərin keçirilməsinin şahidi olmuşam".