Naxçıvan yarım milyard dollar həcmində məhsul ixrac edib
- 09.02.2016, 09:11,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Keçən il Naxçıvan Muxtar Respublikası 414 milyon 420 min ABŞ dollarından artıq həcmdə məhsul ixrac edib.
APA-nın məlumatına görə, hazırda muxtar respublikada özəl bölmənin payı 87,3 faiz təşkil edir.
Yerli istehsal sahələrinin inkişafı nəticəsində 2015-ci ildə muxtar respublikada 361 növdə məhsul istehsal olunaraq 343 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilib. Bu məhsullardan 107-si ərzaq, 236-sı qeyri-ərzaq məhsuludur.