Bakıda piyadanı vurmaqdan qaçan avtomobil digər avtomobillə toqquşub.
Trend xəbər verir ki, Bakıda yolu keçən ortayaşlı qadını vurmamaq üçün qadın sürücü idarəetməni itirib. Nəticədə yolun kənarında dayanmış digər avtomobillə toqquşub. Piyada isə heç nə olmamış kimi yoluna davam edib.
Qeyd edək ki, 2013-cü ilin ilk 3 ayı ərzində Bakıda 251 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 75 nəfər ölüb, 272 nəfər isə xəsarət alıb.
Yol-hərəkət qaydalarını pozduğuna görə 24427 piyada yol polisi əməkdaşları tərəfindən saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib.