“Euronews” Nizami Gəncəvi ilə bağlı səhvini düzəltdi

Mərkəzi ofisi Fransada yerləşən “Euronews” telekanalının saytının rus dilində olan versiyasında Gəncə barədə hazırlanan materialda Nizami Gəncəvi fars dahisi kimi təqdim olunub.


APA-nın məlumatına görə, iyunun 9-da saytda yerləşdirilən “Azərbaycan həyatı” silsiləsindən “Gəncə, fars dahisi Nizaminin vətəni” (Гянджа, родина персидского гения Низами) adlı yazıda və süjetdə aparıcı Pol Makdauel qeyd edir ki, fars klassiki Nizami müasir Azərbaycanda yerləşən Gəncə şəhərində anadan olub və bir çox digər şairlərin və yazıçıların yaradıcılığına təsir edib.


APA “Euronews”la əlaqə saxlayaraq, N. Gəncəvinin fars kimi təqdim olunmasının yanlışlığını diqqətə çatdırıb. Bundan sonra kanal səhvi aradan qaldırıb, başlıq “Gəncə, şair Nizaminin vətəni” kimi verilib.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri