İsveç XİN rəhbəri: “Minsk qrupu ölkələrinin daha geniş formatda görüşü keçirilə bilər”
- 10.02.2016, 17:13,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk qrupu ölkələrinin daha geniş formatda görüşünü keçirmək mümkündür”.
APA-nın məlumatına görə, bu sözləri İsveçin xarici işlər naziri Marqot Vallström azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, görüşdə gələcəkdə gərginliyin azaldılması ilə bağlı fikir mübadiləsi aparılıb: “Münaqişənin danışıqlar yolu ilə həllinə dəstək veririk. ATƏT-in Minsk qrupunun həmsədrləri sayəsində yüksək səviyyədə müzakirələrin aparılmasını dəstəkləyirik. Mən görüşdə azərbaycanlı həmkarımdan İsveçin məsələnin irəli aparılması üçün Minsk qrupu üzvü kimi nə edə biləcəyini soruşdum. Biz bu rolu oynama hazırıq. Prosesin əsas iştirakçısı həmsədrlərdir. Lakin münaqişənin sülh yolu həlli üçün iş görməliyik. Beynəlxalq hüququn ərazi bütövlüyü, zorakılığın artmaması və xalqların öz müqəddəratının təyin etməsi kimi prinsipləri nəzərə alınmaqla, problemin həllinə nail olmalıyıq. Ola bilər ki, daha geniş tərkibdə görüşə ehtiyac yaransın. Biz bu təklifi veririk, bu görüşə də hazırıq”.