Joze Mourinyo "Çelsi" ilə bağlı planlarını açıqladı

Joze Mourinyo "Çelsi" ilə bağlı planlarını açıqladı “Çelsi” klubunun yeni baş məşqçisi Joze Mourinyo növbəti planlarını açıqlayıb. ANS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, çalışdırıcı komandanın kapitanı kimi elə Con Kerrini görmək istəyir. O, həmçinin Fernando Torresi də komandasında görmək istədiyini bildirib:


“Con klubun kapitanıdır. Mən ondan çox razıyam. Fernandoya gəlincə, onun klubda qalmağı daha məqsədəuyğundur. Gəlin ona kömək edək və daha yaxşı nəticələr əldə edək".


Hələ qəti bir qərar vermədiyini bildirən məşqçi Konfederasiyalar Kubokunun sonuna kimi gözləyəcəyini bildirib.
Şərhlər
İdman bölməsinin xəbərləri