"Günəşli" yatağındakı yanğın tamamilə söndürüldü

"Günəşli" yatağındakı yanğın tamamilə söndürüldü"Günəşli" yatağındakı 10-cu özüldə yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 4 dekabr 2015-ci il tarixində “Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza nəticəsində yanğının söndürülməsi istiqamətində fasiləsiz tədbirlər həyata keçirilib.

Görülmüş fasiləsiz və təxirəsalınmaz tədbirlərin nəticəsi olaraq, 10 fevral 2016-cı il tarixində saat 19:24-də yanğın tamamilə söndürülüb.

X X X

SOCAR-ın məlumatında isə bildirilir ki, dekabrın 4-də Bakı və Abşeron yarımadasında nadir hallarda təsadüf edilən çox güclü qasırğa zamanı “Günəşli” yatağında yerləşən 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində yanan quyular fevralın 10-da tamamilə söndürülüb.

Yanğın zamanı quyuağzı avadanlıqların sıradan çıxması nəticəsində quyuların hermetikliyi pozulmuşdu ki, bu da quyuların boğulmasını çətinləşdiriridi. Mövcud texnika və avadanlıqlardan maksimum səmərəli istifadə edilərək, əlavə problem yaratmadan yanan quyularda növbə ilə quyuağzı avadanlıqlar dəyişdirilib, quyular məhlul ilə boğulub.

Görülmüş tədbirlər nəticəsində yanğın tam söndürülüb.
Şərhlər
Sosial bölməsinin xəbərləri