Maya Pancikidze: “Azərbaycanla sərhədlərin delimitasiyası məsələsi ilə məşğul olmağa vaxtımız yoxdur”

“Gürcüstan və Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiya prosesinin həlli məsələlərində hökumətlərarası komissiyalar işləyir.


Bu sahədə tərəqqi olacaq.” APA-nın məlumatına görə, bu barədə Gürcüstan paytaxtında jurnalistlərlə görüşdə xarici işlər naziri Maya Pancikidze bildirib.



Onun sözlərinə görə, Gürcüstanın hələlik bu məsələlərlə məşğul olmağa vaxtı yoxdur: “Hansısa bir neçə məsələ həll olunmamış qalıb. Bu məsələlər işçi qruplar səviyyəsində həll olunacaq. Azərbaycan və Gürcüstan arasında həll olunmamış məsələ yoxdur. Bizim Azərbaycanla münasibətimiz çox yaxşıdır”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri