Havanada Roma Papası və Rus Pravoslav Kilsəsinin rəhbəri arasında tarixi görüş olub

Havanada Roma Papası və Rus Pravoslav Kilsəsinin rəhbəri arasında tarixi görüş olubKubanın paytaxtı Havanada Roma Papası Fransisk və Rus Pravoslav Kilsəsinin rəhbəri, Moskva və bütün Rusiyanın patriarxı Kirill arasında görüş olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu, tarixdə Rus Pravoslav və Roma-Katolik kilsə rəhbərlərinin ilk görüşüdür.

Kirill və Fransisk arasında keçirilən görüşün yekunlarına dair Bəyannamə imzalanıb. Din rəhbərləri dünya ictimaiyyətini birləşərək terrorizmə son qoymağa çağırıblar.

“Münaqişələrə son qoymaq, insan həyatına dünyanın hər bir guşəsində hörmətlə yanaşılması naminə birgə çalışmalıyıq”, deyə Patriarx Kirill qeyd edib. Roma Papası, öz növbəsində, danışıqların səmimi şəraitdə keçdiyini vurğulayıb: “Biz iki qardaş kimi söhbət etdik. Çünki dinimiz birdir və eyni yolları arayırıq”.

Tərəflər Kuba hökumətinə görüşün keçirilməsinə imkan yaratdıqlarına görə minnətdarlıqlarını bildiriblər.

Havanada Roma Papası və Rus Pravoslav Kilsəsinin rəhbəri arasında tarixi görüş olub
Havanada Roma Papası və Rus Pravoslav Kilsəsinin rəhbəri arasında tarixi görüş olub
Şərhlər
Dünya bölməsinin xəbərləri