Davudoğlu: “Türkiyə YPG-yə qarşı hərbi əməliyyat keçirə bilər”
- 13.02.2016, 20:55,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə Silahlı Qüvvələri, lazım gələrsə, YPG-yə qarşı hərbi əməliyyat keçirə bilər. APA-nın “Frans Press”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.
“Biz, lazım gələrsə, İraq və Qəndildə atdığımız addımları Suriyada da təkrarlaya bilər”, deyə Davudoğlu Türkiyə Hərbi-Hava Qüvvələrinin ötən il PKK silahlılarının İraqın şimalındakı mövqelərinə qarşı keçirdiyi əməliyyatı nəzərdə tutaraq bildirib.
Qeyd edək ki, YPG PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin hərbi birləşməsidir.