Maraqlı və həyəcan dolu layihə
- 14.02.2016, 23:52,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Fevralın 7-də Şahdağ Turizm Mərkəzində çox maraqlı və həyəcan dolu layihə baş tutdu.
Bizon Run n` Roll adlanan layihə hər zaman olduğu kimiAzərbaycanın qış istirahət və xizək mərkəzindəəyləncə sektoruna yeniliyə imza atmış oldu. Bu dəfə Xtreme Pro təşkilatçıları böyük ölçülərdə kreativ boulinq oyunu təşkil etməyə müvəffəq oldular. Burada əsas ideya müəyyən hündürlükdən içərisinə adam daxil olmuş 3 metrlik böyük şar ilə aşağıda yerləşdirilən böyük keqliləri dağıtmaq, bununla da maraqlı şou və ekstrim əyləncəyə nail olmaqdır.
Burada 1 iştirakçı şarın içində aşağı sürüşməli, ikinci iştirakçı isə müəyyən xüsusi kostyumda şarın qarşısında qaçmalıdır. Yarışmada 2 nəfərdən ibarət komandaların qeydiyyatı elan olunmuş, 140 qeydiyyat içərisində ən maraqlı 25 komanda seçilmişdir.Layihənin qaliblərini isə bu Xtreme Pro-nun təşkilatı olduğu yarışlarda ikiqat qalib olan Məryəm Məhəmməd və Gulsumxanım Nəbizadədən ibarət münsiflər heyəti seçdi.2 kriteriya üzrə qaliblər aşağıdakı komandalar oldu:
“Ən uğurlu texnika” nominasiyasında mamksimum xal toplayan “Колдуны” komandası oldu.
“Tamaşaçıların simpatiyası” nominasiyasında maraqlı şou və geyimləri ilə hər kəsin dəstəyini qazanmış “Monster Ladies” komandası qalib gəldi
Qeyd edək ki, layihənin əsas məqsədi qışda ekstremal əyləncə fəaliyyətlərinə Azərbaycan gənclərinin marağını artıraraq gələcəkdə bu tip fəaliyyətiləri daha çox gerçəkləşdirməkdir.
Belə əyləncəli oyunlar zamanı zəruri təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət olunur. Həmçinin iştirak edənlər tədbirin rəsmi sığorta tərəfdaşı “Paşa Sığorta” tərəfindən sığortalanmışdı.
Gunel Hasanova.