Bakıda 76 yaşlı kişi bağ evində öldürülüb
- 15.02.2016, 12:08,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan paytaxtında qətl törədilib.
Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1940-cı il təvəllüdlü Həmid Məmmədrəsuloğlunun üzərində xəsarətləri olan meyiti ona məxsus bağ evində aşkarlanıb.
Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istinqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. Faktla bağlı Sabunçu rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.