Nazirlik: Dövlət təhsil müəssisələrinin ərazisinin özəlləşdirilməsi qadağandır

Qanunvericiliklə dövlət təhsil müəssisələrinin ərazisinin özəlləşdirilməsi qadağan edilib. APA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsindən bildirilib.



Qeyd olunub ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə görə dövlət icbari ümumi orta təhsil müəssisələrinin özəlləşdirilməsi qadağandır: ““Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 37.6-cı maddəsinə əsasən dövlət mülkiyyətində olan təhsil müəssisəsinin (məktəbəqədər təhsil müəssisələri istisna olunmaqla) özəlləşdirilməsi, habelə Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin nümunəvi nizamnamələrinə görə dövlət mülkiyyətində olan ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin özəlləşdirilməsi qadağandır”.



“Nazirlər Kabinetinin 13.01.2011-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 10.13-cü bəndinə əsasən ümumtəhsil məktəbinin əmlakı özəlləşdirilə və icarəyə verilə bilməz” – deyə şöbədən bildirilib.
Şərhlər
Sosial bölməsinin xəbərləri