Bakıda əcnəbi qadın özünü 5-ci mərtəbədən ataraq öldürüb
- 16.02.2016, 14:57,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda əcnəbi qadın intihar edib.
Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Məhəmməd Hadi küçəsi 29/44 ev 6, mənzil 31 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan, Moldova vətəndaşı, 23 yaşlı Quria Qlafira yaşadığı 14 mərtəbəli binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib. O, aldığı xəsarətdən hadisə yerində ölüb.
İntiharın dəqiq səbəbləri hələlik məlum deyil.
Məlumata görə, intihar edən qadın Bakıda bizneslə məşğul olurmuş.