Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə təbrik məktubu göndərib

Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə təbrik məktubu göndərib Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb.

APA-nın məlumatına görə, məktubda deyilir: “Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Rusiya xalqını dövlət bayramı – Rusiya Günü münasibətilə ürəkdən təbrik edirəm.

Dost Rusiya Sizin rəhbərliyinizlə iqtisadiyyatın və sosial sahənin yenilənməsi, siyasi sistemin modernləşdirilməsi, demokratiyanın genişlənməsi, vətəndaş məsuliyyətinin artırılması, dünya birliyində ölkənin nüfuzunun möhkəmlənməsi proqramlarının həyata keçirilməsi yolunda inamla irəliləyir.

Azərbaycan və Rusiyanı çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələri bağlayır. Əminəm ki, bu ənənələrə əsaslanan dövlətlərarası münasibətlər, ikitərəfli əməkdaşlıq ölkələrimizin və xalqlarımızın firavanlığı, regionda sülh və sabitlik naminə bundan sonra da dinamik inkişaf edəcək.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, firavanlıq və uğurlar, bütün Rusiya xalqına sülh və tərəqqi diləyirəm”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri