Bakıda qar yağacaq, şaxta olacaq
- 05.03.2013, 02:01,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin əvvəlcədən verdiyi məlumata görə martın 4-ü günün ikinci yarısından başlayaraq 5-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit, güclü küləkli və yağıntılı olmuş, dağlıq rayonlarda qar yağıb.
Ən çox düşən yağıntının miqdarı: Sarıbaşda (Qax) 36.0 mm, Zaqatalada 26.0 mm, Ağstafada 12.0 mm, Rvarudda (Lerik) 8.0 mm, Gədəbəy, Göygöl, Ağdərədə (Ordubad) 6.0 mm, Kişçay (Şəki), Mərəzə, Şəkidə 5.0 mm, Gəncə, Ceyrançöl, Tovuzda 4.0 mm, Naxçıvan, Daşkəsən, Oğuz, Şamaxı, Mingəçevirdə 3.0 mm, Quba, Yardımlı, Sabirabad, Şahbuz, Culfada 2.0 mm, Tərtər, Yevlax, İmişli, Kürdəmir, Cəfərxan, Qazıməmməd, Neftçala, Lənkəran, Astara, Göytəpə, Şərur, Ordubad, Naftalan, Şəmkir, Xaçmazda, eləcə də Bakıda və Abşeron yarımadasında 0.0-1.0 mm olub.
Qar örtüyünün hündürlüyü: Sarıbaşda 26 sm, Ağdərədə 12 sm təşkil etmişdir. Küləyin sürəti: Qərb küləyi Naftalanda 30 m/s, Bərdədə 27 m/s, Daşkəsəndə 25 m/s, Tərtərdə 24 m/s, Xaçmaz, Göytəpə, Lənkəranda 20 m/s, Altıağacda 19 m/s, Yevlaxda 16 m/s təşkil etmiş, Abşeron yarımadasında və Abşeron Dəniz rayonunda 19-25 m/s-dək güclənmişdir. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında martın 06-da hava şəraitinin soyuq, küləkli, arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun anomal gedişi gözlənilir. Belə ki, gecə və gündüz 2-5 dərəcə isti olacaq, axşama doğru isə temperatur 0 dərəcəyə yaxınlaşacaq.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin arabir yağıntılı olacağı, gecə bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Güclü qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.