Bakıda Dənizkənarı Milli Parkın genişləndirilməsi ilə əlaqədar olaraq evlərin sökülməsinə başlanılıb

Bakıda Dənizkənarı Milli Parkın genişləndirilməsi ilə əlaqədar olaraq Nobel prospektində vətəndaşların evləri sökülür.


Xətai rayon 66 saylı Mənzil İstismar Sahəsinin rəisi Rəşad Məmmədov APA-ya bildirib ki, Nobel prospekti - 12 ünvanında yerləşən evlərin sökülməsi parkın uzadılması ilə əlaqədardır. Sökülən ərazidə 19 mənzildə 25 ailə yaşayır. Sakinlərə yaşayış sahəsinin hər kvadratmetri üçün 1000, qeyri-yaşayış sahələri üçünsə 700 manat kompensasiya ödəniləcək. R. Məmmədov evləri sökülən vətəndaşlara 2 ay öncədən xəbərdarlıq olunduğunu bildirilib.


Ərazidə yaşayan sakinlər isə verilən kompensasiyanın məbləğindən narazıdırlar. Sökülən əraziyə qaz və işığın verilməsi dayandırılıb. Əraziyə polis qüvvələri cəlb edilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri