Maya Pancikidze: “Bakı-Tiflis-Qars dəmiryolu layihəsi Gürcüstan üçün böyük əhəmiyyət kəsb edir”
- 12.06.2013, 01:22,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Bakı-Tiflis-Qars dəmir yolu Gürcüstan, eləcə də region üçün çox vacib layihədir. Bu layihə uğurla başa çatdırılmalıdır”.
APA-nın məlumatına görə, bu sözləri Tiflisdə jurnalistlərlə görüşündə Gürcüstanın xarici işlər naziri Maya Pancikidze APA-nın sualını cavablandırarkən deyib. O bildirib ki, Gürcüstan 2014-cü ildə Əfqanıstandakı NATO hərbi kontingentinin və yüklərin bu ölkədən çıxarılması zamanı Bakı-Tiflis-Qars dəmir yolu xəttindən istifadə olunmasını təklif edib: “Biz Avropa Birliyi, Amerika və NATO nümayəndələri ilə görüşlərimizdə bu layihənin region üçün əhəmiyyəti barədə fikir mübadiləsi aparmışıq”.