“Çudo Peçka” Röyanın keçmiş qayınatasına qaytarıldı

“Çudo Peçka” mağazalar şəbəkəsi məhkəmə qərarı ilə şirkətin əvvəlki sahiblərinə qaytarılıb.

Oxu.Az xəbər verir ki, bu barədə əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov sosial şəbəkədə məlumat yayıb.

Anar Cəlilov mağazalar şəbəkəsinin yenidən atası Çingiz Cəlilova verildiyini bildirib:

“Son beş ildə “Bakery Operating Company” MMC-nin idarəçiliyinə verilmiş “Çudo-Peçka” mağazalar şəbəkəsi məhkəmə qərarına əsasən 15.02.2016-cı ildə şirkətin qanuni təsisçilərinə qaytarılıb.

Artıq “Bakery Operating Company” MMC-nin və direktoru Azad Abdullayevin qaranlıq işləri səlahiyyətli şəxslər tərəfindən araşdırılmağa başlanılıb. Nəticələr barədə məlumat veriləcək”.

Qeyd edək ki, Röya Ayxan Anar Cəlilovla 2008-ci ildə ailə həyatı qurub, lakin cütlük 2014-cü ildə boşanıb. Onların Hüseyn adlı bir oğlu var.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri