ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi 1,6 mlrd. manat artırılır
- 17.02.2016, 15:03,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2016-cı ildə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərinin həcminin artırılması nəzərdə tutulur. APA xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər layihəsində öz əksini tapıb.
Sənəddə 2016-cı ildə dövlət büdcəsi gəlirlərinin 7 mlrd. 615 mln. manatı və ya 45,3%-i ARDNF-dən transfertin payına düşəcək.
Xatırladaq ki, 2016-cı il üçün təsdiq olunmuş dövlət büdcəsində ARDNF-dən transfertlərin həcmi 6 mlrd. manat nəzərdə tutulmuşdu.