Ankaradan məyus edən xəbər: 21 ölü, 61 yaralı

Türkiyə səhiyyə naziri Müəzzinoğlu terror aktı zamanı yaralıların sayının artdığını bildirib.

Onun sözlərinə görə, 61 nəfər yaralıdan 14-ü xəstəxanaya yerləşdirilib.

Artıq ölənlərin sayının da 21 nəfərə çatdığı bildirilir.

****


Ankaradakı partlayışda ölü sayı artdı

Ankara valisi Mehmet Kılıçlar bildirib ki, terror aktı nəticəsində ölənlərin sayı artıb.

O deyib ki, ilkin məlumatlara görə şiddətli partlayış nəticəsində 18 nəfər ölüb, 45 nəfər isə yaralanıb.

Terror aktı 3 maşının partladılması nəticəsində baş verib.

****

Ankarada ikinci partlayış qorxusu yaşanıb. ANS PRESS-in məlumatına görə, Daxili İşlər Nazirliyinin qarşısında şübhəli əşya aşkarlanıb.

Hadisə yerinə gələn bomba mütəxəssisləri şübhəli əşyanı zərərsizləşdiriblər. Sakinlər təşviş içərisindədir. Polis növbəti partlayışın ola bilmə ehtimalına görə əhalini ərazidən uzaqlaşdırıb.

Hakim Ədalət və İnkişaf partiyasının rəhbərinin köməkçisi Ömər Çelik bəyan edib ki, terror Ankarada alçaqlığını və xainliyini bir daha göstərdi.


****

Ankarada güclü partlayış, hadisə yerindən ilk görüntülər

Türkiyənin paytaxtı Ankarada güclü partlayış olub. ANS PRESS-in məlumatına görə, Türkiyə mətbuatı yazır ki, güclü partlayış hərbi şəhərcik yaxınlığında baş verib.

Bildirilir ki, partlayış hərbi maşın olduğu ərazidə baş verib. Ehtimal edilir ki, hərbi şəhərciyə hücum terror hadisəsidir. Çox sayda vətəndaşın yaralandığı qeyd olunur.

Hadisə yerinə gələn təcili tibbi yardım stansiyasının həkimləri yaralılara kömək edir.

Artıq Türkiyənin baş naziri Əhməd Davudoğlu partlayışla bağlı açıqlama verib. O bildirib ki, partlayışın səbəbləri araşdırılır.
Şərhlər
Dünya bölməsinin xəbərləri