Ankarada partlayış törədən terrorçu-kamikadzenin kimliyi müəyyənləşib
- 18.02.2016, 11:38,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ankarada 28 nəfərin ölümü ilə nəticələnən partlayışı törədən terrorçu-kamikadzenin kimliyi məlum olub.
APA-nın Türkiyənən “Sözcü” qəzaetinə istinadən verdiyi xəbərə görə, həmin şəxsin Suriya vətəndaşı Saleh Necar olduğu bildirilir. Kürd əsilli, PKK terror təşkilatının Suriya qanadı olan PYD/YPG birləşməsinin üzvü S. Necarın 1992-ci il təvəllüdlü olduğu deyilir.
Hadisə yerindən onun parçalanmış meyiti tapılıb. Suriyalı qaçqınlarla birlikdə Türkiyəyə ötən ilin iyulunda gələn terrorçu ilə əlaqədə olduğu bildirilən iki nəfər saxlanılıb.