DİN Bakıda polis avtomobilinin vətəndaş tərəfindən əzilməsi ilə bağlı məlumat yayıb
- 18.02.2016, 15:30,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Daxili İşlər Nazirliyi Bakıda yol polisi avtomobilinin vətəndaş tərəfindən əzilməsi barədə məlumat yayıb.
APA-nın məlumatına görə, qeyd olunub ki, fevralın 17-də saat 14.00 radələrində Nərimanov rayonunun G. Qədirbəyova küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Bəylərov həmin ərazidə xidmət aparan BMW markalı 99-YP-423 dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobilinin alın şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa faralarını çəkiclə sındırıb.
Ş. Bəylərov Nərimanov rayon 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və sərxoş halda olması müəyyən edilib. Ondan 302,477 qram heroin götürülüb.
Faktla bağlı araşdırma aparılır.