ABŞ Türkiyəni zərbələrini daha çox İŞİD-in mövqelərinə yönəltməyə çağırıb

ABŞ Dövlət Departamenti yenidən Türkiyəni zərbələrini daha çox İŞİD silahlılarının mövqelərinə yönəltməyə çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, belə bir çağırışla ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi çıxış edib.



“Biz Türkiyəni zərbələrini daha çox ümumi düşmənimiz olan İŞİD-in mövqelərinə yönəltməyə çağırırıq”, - deyə Kirbi bildirib.



Con Kirbi ABŞ-ın Türkiyənin ərazisini və xalqını terrorçuların hücumlarından qorumaq hüququnu dəstəklədiyini bildirib, lakin bu dəfə də Suriyadakı YPG kürd silahlılarını terrorçu adlandırmayıb.



Kirbi “ABŞ-ın kürdlərin Suriyada nəzarət etdiyi ərazilərin genişlənməsindən narahat olduğunu” bildirərək, onları dayanmağa çağırıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri