Bakının mərkəzində təmirə bağlanmış avtomobil yolu yenidən açılıb

Bakının Tbilisi prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsindən İzmir prospekti ilə kəsişməsinədək avtomobillərin hərəkəti üçün qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə APA-ya «Azəryolservis» ASC-dən bildirilib.

ASC-dən verilən məlumata əsasən, sözügedən avtomobil yolunun 500 metri ötən həftə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinin aparılmasına görə bağlanmışdır. Artıq asfalt-beton örtüyü tam olaraq vurulub, yeni bordyurlar quraşdırılıb, yol-nişan xətləri çəkilib və yol bu gün saat 14:00 radələrində yenidən açılıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri