Bakı sakini “Topaz”da 80 min manat uduzub
- 22.02.2016, 19:28,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Onunla bağlı polisə şikayət edilib
Bakı sakini “Topaz”da 80 min manat uduzub. Live.az-ın “Report”-a istinadən xəbərinə görə, 1988-ci il təvəllüdlü Taleh Musayev nisyə 80 min manat pulu oyunlara yazdırıb.
Hadisə Nərimanov rayonu, A.Nemətulla küçəsi, 49Q-də yerləşən “Topaz” idman mərc oyunları məntəqəsində baş verib.
Məntəqəni işlədən Bakı şəhər sakini İlqar Məmmədov polisə müraciət edib və T.Musayevdən şikayətçi olub. O bildirib ki, T.Musayev nisyə 80 min manat pulu oyuna yazdıraraq uduzub, lakin pulunu ödəməyib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 17-ci Polis Bölməsində (PB) araşdırma aparılır.