Yanvarda mobil operatorlar 65 mln. manata yaxın gəlir edib

Cari ilin yanvar ayı ərzində informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 130,4 mln. manatlıq xidmət göstərib ki, onun da 71,6%-i əhali sektoruna aid olub.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 7,9% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,6%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə olunmuş gəlirlərin 49,5%-i və ya 64,6 mln. manatı mobil telefon rabitəsindən yaranıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri