EIA: 2020-ci ildə neftin qiyməti 80 dollara çatacaq

Cari ildə dünya bazarlarında neftin qiyməti aşağı olacaq, lakin 2020-ci ildə neftin bir barelinin qiyməti 80 ABŞ dollarınadək yüksələcək.



APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) baş direktoru Fatih Birol bəyan edib.



“Hələ ki neftin qiyməti ucuz olaraq qalacaq. 2017-ci ildən etibarən isə qiymətlərin yüksələcəyi, 2020-ci ildə 80 dollara çatacağını gözləyirik”, deyə F.Birol bildirib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri