Putin və Obama arasında telefon danışığı olub

Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub.



APA-nın xəbərinə görə, bunu Vladimir Putin “Rusiya 24” telekanalında çıxış edərkən bəyan edib.



Onun sözlərinə görə, söhbət zamanı tərəflər Suriyada atəşkəsə dair sazişi müzakirə ediblər.



Rusiya dövlət başçısı qeyd edib ki, Suriyadakı bütün münaqişə tərəfləri fevralın 26-dək atəşkəs rejiminə sadiq qalacaqlarını təsdiq etməlidirlər: “Razılaşma qüvvəyə mindikdən sonra İŞİD-ə qarşı hava əməliyyatları davam etdiriləcək. Atəşkəs rejimi ilə bağlı Rusiya tərəfi Suriya hökuməti ilə zəruri işlər görəcək. Ümidvarıq ki, ABŞ rəhbərliyi öz növbəsində dəstək göstərdiyi qruplaşmalara qarşı analoji addım atacaq”.



V.Putin bildirib ki, Rusiya və ABŞ-ın Suriya münaqişəsinin nizamlanmasında gördükləri birgə işlər terrorizmlə mübarizə sahəsində bütün dünya üçün nümunə ola bilər.



Qeyd edək ki, bu gün Rusiya və ABŞ Suriyada atəşkəs rejiminə dair saziş layihəsini imzalayıblar. Atəşkəs rejimi fevralın 27-dən qüvvəyə minəcək.
Şərhlər
Dünya bölməsinin xəbərləri