Samir Şərifov: Dövlət büdcəsinə dəyişikliklərin edilməsi iki faktorla şərtlənib
- 23.02.2016, 13:05,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Milli Məclisdə 2016-cı il dövlət büdcəsinin yenilənmiş layihəsinin müzakirəsi başlayıb.
Trend-in məlumatına görə, parlamentin plenar iclasında çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, dövlət büdcəsinə dəyişikliklərin edilməsi iki faktorla şərtlənib: “Birincisi, son 18 ayda neftin qiymətinin 4 dəfədən çox azalmasıdır ki, bu da dövlət və icmal büdcələrin proqnozlaşdırılan gəlirlərini azaldıb. İkincisi, dekabrda manatın devalvasiyası və milli valyutanının üzən məzənnə rejiminə keçidi xarici valyutada ifadə edilmiş xərclərin nisbətsizliyinə gətirib çıxarıb”.