Çin mübahisəli adalarda qırıcı təyyarələr yerləşdirib
- 24.02.2016, 09:48,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Çin hökuməti Cənub-Çin dənizindəki mübahisəli Parasel adalarının birində qırıcı təyyarələrini yerləşdirib. APA-nın məlumatına görə, bu barədə Fox News telekanalı ABŞ kəşfiyyatına istinadən məlumat yayıb.
Məlumata görə, “Shenyang J-11” (“SU-27”-nin lisenziyalı analoqu) və “Xian JH-7” tipli təyyarələr Vudi adasında yerləşdirilib. Çin qeyd olunan adada bir müddət əvvəl zenit-raket kompleksləri yerləşdirib.
Qeyd edək ki, Cənub-Çin dənizindəki mübahisəli Parasel adalarına Çin, Tayvan və Vyetnam iddia edirlər.