Avstraliyada marixuana tibbi məqsədlərlə istehsal olunacaq
- 24.02.2016, 12:13,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avstraliya Senatı (parlamentin yuxarı palatası) çətənənin tibbi məqsədlərlə istehsalının leqallaşdırılmasına dair qanun layihəsini qəbul edib. Bu barədə Trend TASS-a istinadən xəbər verir.
Avstraliyanın regional inkişaf və səhiyyə naziri Fiona Neş parlamentin bu qərarını alqışlayıb. O hesab edir ki, belə bir qərar ehtiyacı olan xəstələrin tibbi kannabislə (marixuanadan) müalicə üsullarının leqallaşdırılmasına aparan yoldur.
F.Neş bildirib ki, Səhiyyə Nazirliyinin planlarında ölkənin marixuanaya dair normativ bazasının yenidən baxılması var. Ölkə qanunvericiliyinə görə, marixuana hələ ki qadağa olunmuş narkotik hesab olunur.