“Texnikabank”ın əmanətçilərinə 40 mln. manatdan artıq kompensasiya verilib
- 24.02.2016, 19:55,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Texnikabank” ASC-nin əmanətçilərinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən seçilmiş Agent banklar vasitəsi ilə kompensasiya ödənişi davam edir.
Əmanətlərin Sığortalanması Fondundan APA-ya verilən məlumata görə, sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb.
Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçiyə 40 mln. 100 min manatdan artıq kompensasiya ödənilib.
Nəzərinizə çatdırmaq istərdik ki, Fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.
Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq “Muğanbank” ASC, “Rabitə Bank” ASC, “Unibank” ASC və “Kapitalbank” ASC seçilib.